Azarkeş Fransa milli komandasının formasına görə stadiona buraxılmayıb

Azarkeş Fransa milli komandasının formasına görə stadiona buraxılmayıb Bakı. 8 sentyabr. REPORT.AZ/ Futbol üzrə Fransa Liqasının IV turunda keçirilən Monako - Marsel matçında xoşagəlməz hadisə baş verib.
Futbol
8 Sentyabr , 2018 16:31
Azarkeş Fransa milli komandasının formasına görə stadiona buraxılmayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Futbol üzrə Fransa Liqasının IV turunda keçirilən "Monako" - "Marsel" matçında xoşagəlməz hadisə baş verib.

"Report" "Nice-matin" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı azarkeşin stadiona girişinə icazə verilməyib. Buna səbəb onun stadiona Fransa millisinin forması ilə girməsi olub.

Xəbərdə bildirilib ki, Monakoda Daxili İşlər Nazirliyinin qanununa əsasən, azarkeşlər belə formalarla stadiona girə bilməzlər. Knyazlıq klubununun azarkeşi oyunun başlamasından 15 dəqiqə sonra stadiona girsə də, üzərinə başqa paltar geyinib.

Qeyd edək ki, "Monako" - "Marsel" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi