Azar "Real"a keçəcəyi ilə bağlı şayiələrə cavab verib

Azar "Real"a keçəcəyi ilə bağlı şayiələrə cavab verib Çelsinin belçikalı yarımmüdafiəçisi Eden Azar Madridin Real klubuna mümkün keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Futbol
24 Mart , 2019 04:53
Azar Reala keçəcəyi ilə bağlı şayiələrə cavab verib

"Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Azar Madridin "Real" klubuna mümkün keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

“Report” xəbər verir ki, o bunların hamısının sadəcə şayiə olduğu dilə gətirib.

Forvardın İngiltərə komandası ilə cari müqaviləsi bu mövsümün sonunda bitir. KİV-in yazdığına görə, Belçika milli komandasının yarımmüdafiəçisi üçün əsas iddiaçı, ona 65 milyon avro təklif etməyə hazır olan İspaniya komandasıdır.

"Bütün bunlar yalnız bir şayiədir. Onlarda heç bir həqiqət yoxdur. Mən diqqətimi tam olaraq qarşıda Kipr milli komandası ilə keçirəcəyimiz oyuna yönəltmişəm. İndi başqa heç bir şey haqda düşünmürəm", - deyə "Sky Sport" Azarın sözlərini sitat gətirib.

Daha əvvəl Eden Azarın "Real Madrid"ə keçməyə razılıq verdiyi barədə xəbər yayılıb.

Son xəbərlər

Orphus sistemi