Yuxarı
    Bağlamaq

    ​AZAL komandası "Xəzər Lənkəran"dan ayrılan futbolçu ilə müqavilə imzalayır

    Azər Məmmədov və Ruslan Nəsirli də təyyarəçilərin düşərgəsinə qoşulub

    Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın AZAL futbol komandası "Xəzər Lənkəran" klubundan ayrılan Aleksandr Şemonayevi heyətinə cəlb edib. Klubdan "Report"a verilən məlumata görə, 30 yaşlı müdafiəçi ilə 1.5 illik müqavilə imzalanacaq.

    Şemonayevdən əlavə, daha iki futbolçu - Azər Məmmədov və Ruslan Nəsirli də "təyyarəçilər"in düşərgəsinə qoşulub. Onların taleyinə isə baş məşqçi Tərlan Əhmədovun qərarından sonra aydınlıq gələcək. 

    Bundan başqa, paytaxt təmsilçisi 4 futbolçu ilə yollarını ayırıb. Bunlar Asif Mirili, Orxan Səfiyaroğlu, Tural Nərimanov və Con Kordobadır. 

    Qeyd edək ki, AZAL-ın düşərgəsinə bir neçə legionerin də qoşulacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi