​AZAL Türkiyə toplanışını təxirə salıb

​AZAL Türkiyə toplanışını təxirə salıb Komanda Şüvəlanda yerləşən bazada hazırlıq keçəcəcək
Futbol
29 Dekabr , 2014 21:00
​AZAL Türkiyə toplanışını təxirə salıb

Bakı. 29 dekabr. REPORT.AZ/ AZAL futbol komandası qış fasiləsini ölkə daxilində keçirəcək. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.

O, Türkiyə toplanışının olmayacağını, komandanın Şüvəlanda yerləşən bazada hazırlıq keçəcəyini deyib.

Klub rəsmisi rəhbərliyin belə qərar verməsinə səbəb kimi bazada hər bir şəraitin olmasını göstərib. Onun sözlərinə görə, artıq yoxlama görüşləri ilə bağlı danışıqlar başlayıb: "Toplanış müddətində 5 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Artıq "Sumqayıt"la danışmışıq. Həmçinin "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidovla da söhbət etmişik. Lakin Yaşar müəllim qış təlim-məşq toplanış planlarının hələ dəqiqləşmədiyini dedi. Bir oyun isə Gürcüstan klubu ilə keçirməyi düşünürük. Bir günlük olsa da, Tiflisə yollana bilərik".

Geniş transfer fəaliyyəti aparmayacaqlarını söyləyən E.Yusifov bütün məsələlərə komandanın baş məşqçi Tərlan Əhmədovla rəhbərlik arasında keçiriləcək görüşdən sonra aydınlıq gələcəyini vurğulayıb.

Qeyd edək ki, AZAL qış təlim-məşq toplanışının ikinci hissəsini yanvarın 12-dən 24-dək Türkiyənin Antalya şəhərində keçirməyi planlaşdırmışdı.

Son xəbərlər

Orphus sistemi