Yuxarı
    Bağlamaq

    AZAL rəhbərliyi "Qarabağ"la oyun öncəsi futbolçularla görüşüb

    Fikrət Hüseynov: Biz bu mövsüm Şüvəlanda məglub olmamışıq

    Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 31-də “Qarabag”ı qəbul edəcək AZAL klubunun rəhbərliyi futbolçu və məşqçi heyəti ilə görüş keçirib. "Report"un məlumatına görə, klubun bazasında baş tutan tədbirdə vitse-prezident Fikrət Hüseynov komandanın üzvləri ilə bir araya gəlib.

    Daha çox qeyri-rəsmi xarakter daşıyan görüşdə Hüseynov əvvəlcə heyətə yeni cəlb olunan futbolçularla tanış olub. Baş məşqçi Tərlan Əhmədov yeni oyunçuları təqdim edib və onlar barədə Hüseynovu məlumatlandırıb. Vitse-prezident çıxışında klubla baglı bir sıra məqamlara toxunaraq, hamını çempionat oyularının bərpa olunması münasibəti ilə təbrik edib: ”Nəhayət, uzun fasilədən sonra çempionatın görüşlərinə çıxacaqsınız. Sabah liderə qarşı mübarizə aparacaqsınız. Biz bu mövsüm Şüvəlanda məglub olmamışıq. “Qarabag”la qarşılaşmada da sizə qələbə arzulayırıq. İnanırıq ki, bu dəfə də bizi sevidirəcksiniz".

    Toplantının yekunuda söz alan baş məşqçi Tərlan Əhmədov isə komandasına inamını dilə gətirb. O bildirib ki, bütün futbolçulara güvənir və qarşıya qoyulan tələblər yerinə yetiriləcək.

    Qeyd edək ki, sabah "AZAL Arena"da keçiriləcək matç saat 15:00-da başlanacaq. Oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi