Yuxarı

​AZAL klubunun qapıçısı Moldova yığmasına çağırılıb

Stanislav Namaşko sonuncu dəfə 2 il bundan öncə milliyə dəvət alıb

Bakı. 17 may. REPORT.AZ/ Futbol üzrə Moldova milli komandasının baş məşqçisi İqor Dobrovolski komandanın Xorvatiya və İsveçrəyə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün geniş heyətini açıqlayıb.

"Report" xəbər verir ki, komandaya dəvət alan futbolçular arasında Azərbaycanın AZAL klubunun qapıçısı Stanislav Namaşkonun da adı var.

O, sonuncu dəfə 2 il bundan öncə milliyə dəvət alıb.

Heyətə ümumilikdə 27 futbolçu daxil edilib.

Moldova yığması mayın 27-də Xorvatiya, bir həftə sonra isə İsveçrə ilə qarşılaşacaq. Hər iki oyun səfərdə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi