AZAL klubunun futbolçusu mövsümün sonunadək sıradan çıxıb

AZAL klubunun futbolçusu mövsümün sonunadək sıradan çıxıb Taqim Novruzov Ankarada əməliyyat olunacaq
Futbol
16 Mart , 2016 13:48
AZAL klubunun futbolçusu mövsümün sonunadək sıradan çıxıb

Bakı. 16 mart. REPORT.AZ/ Bakının AZAL klubunun aparıcı futbolçusu Taqim Novruzov mövsümün sonunadək sıradan çıxıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mərkəzi Gömrük Hospitalında MRT müayinəsində keçən 28 yaşlı yarımmüdafiəçi bəd xəbər alıb. 

Həkimlər ona “sağ diz oynağının çarpaz ön bağlarının tam qopması” diaqnozu qoyublar. Bununla da Novruzovun ən azı 6 ay yaşıl meydançaya çıxmayacağı dəqiqləşib. Klub rəhbərliyi hazırda təcrübəli futbolçunun əməliyyatı ilə bağlı məsələləri həll etməklə məşğuldur. Yaxın vaxtlarda onun Türkiyənin paytaxtı Ankaraya yollanacağı gözlənilir.

Qeyd edək ki, Taqim Novruzov Azərbaycan Premyer Liqasında XXV turun AZAL - “Neftçi” oyununda zədələnib. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi