​AZAL klubunun futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq

​AZAL klubunun futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq Yarımmüdafiəçinin sol bud əzələsinin ön hissəsində qismi yırtıq aşkarlanıb
Futbol
12 Mart , 2015 17:01
​AZAL klubunun futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Bakı. 12 mart. REPORT.AZ/ AZAL klubunun futbolçusu Viktor İqbekoyi 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçinin sol bud əzələsinin ön hissəsində yırtıq aşkarlanıb.

Bu müddət ərzində nigeriyalı futbolçu Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə keçiriləcək cavab oyununu və Premyer Liqanın XXVI turunda "Xəzər Lənkəran"la keçiriləcək matçı tribunadan izləməli olacaq.

Qeyd edək ki, Viktor İqbekoyi Premyer Liqanın XXV turunda "Bakı" ilə keçirilən oyunun ilk hissəsində ayağından zədə alıb.

Son xəbərlər

Orphus sistemi