​AZAL klubu 2 futbolçu transfer edib

​AZAL klubu 2 futbolçu transfer edib Misir əsilli futbolçunun ögey atası azərbaycanlıdır
Futbol
10 Sentyabr , 2015 15:50
​AZAL klubu 2 futbolçu transfer edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ AZAL klubu heyətinə daha iki futbolçu cəlb edib. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, sonuncu klubu Ukrayna "Metallurq"u (Donetsk) olan Hamid Yasinlə müqavilə imzalanıb.

22 yaşlı hücumçu iki il müddətində "təyyarəçilər"in heyətində çıxış edəcək. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən Yasin Misir əsilli olsa da, onun ögey atası azərbaycanlıdır.

Digər futbolçu isə gürcü Aleksandr Qurulidir. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli 1 illik müqaviləyə qol çəkib.

Son xəbərlər

Orphus sistemi