Yuxarı

"​AZAL"-ın vitse-prezidenti: "4 yerli və 1 və ya 2 əcnəbi futbolçu ilə yollarımızı ayıracağıq"

Transfer siyahımızda belarus, ukrayna və braziliyalı futbolçular var

Bakı. 24 dekabr. REPORT.AZ/ "Heyətdə dəyişikliklər olacaq. Lakin kimlərin qalıb-qalmamasına bir neçə gündən sonra aydınlıq gələcək". Bunu "Report"a açıqlamasında AZAL futbol klubunun idman üzrə vitse-prezidenti Fikrət Hüseynov deyib.

Onun sözlərinə görə, komanda qış transfer pəncərəsində həm legioner, həm də yerli futbolçu transfer etməyi düşünür: "Baş məşqçi siyahını təqdim edib. Komandadan göndəriləcək futbolçular demək olar ki, məlumdur. 4 yerli və 1 və ya 2 əcnəbi futbolçu ilə yollarımızı ayıracağıq. Heyətə cəlb olunacaq futbolçulara gəlincə, transfer siyahımızda belarus, ukrayna və braziliyalı futbolçular var. Hamısı ölkələrinin əsas liqalarında oynayır. Lakin transfer barədə yekun qərar verilməyib. Təxminən bu ayın 29-30-da bununla bağlı məsələlər öz həllini tapacaq".

F.Hüseynov Klublar Komitəsinin iclasında "Bakı" klubu ilə bağlı qəbul olunan qərardan da söz açıb. O, "Bakı"dan futbolçu almayacaqlarını söyləyib: "İclasda qərar qəbul olundu ki, "Bakı"dan futbolçu alınmasın. Lakin peşəkar müqavilə olsa, transfer qiyməti ödənilsə, bu mümkün olar. Lakin AZAL-ın transfer planında belə bir şey yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi