Yuxarı

​AZAL klubunun kapitanı Türkiyədə əməliyyat olunacaq

Seymur Əsədovun Ankaraya gedəcəyi tarix bu həftə müəyyənləşəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ AZAL klubunun futbolçusu Seymur Əsədov Türkiyədə əməliyyat olunacaq. Klubdan "Report"a verilən məlumata görə, əməliyyat Ankaradakı "Acıbadem" xəstəxanasında gerçəkləşəcək.

Artıq 21 yaşlı yarımmüdafiəçinin müayinəsi ilə bağlı sənədlər xəstəxanaya göndərilib. Komanda kapitanının Ankaraya yollanacağı vaxt bu həftə dəqiqləşəcək.

Sol diz bağı qopan futbolçunun maliyyə xərcləri AZAL tərəfindən ödəniləcək.

Qeyd edək ki, Seymur Əsədov Premyer Liqanın VI turunda "Sumqayıt"la oyun zamanı zədələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi