​AZAL klubunun kapitanı Türkiyədə əməliyyat olunacaq

​AZAL klubunun kapitanı Türkiyədə əməliyyat olunacaq Seymur Əsədovun Ankaraya gedəcəyi tarix bu həftə müəyyənləşəcək
Futbol
28 Oktyabr , 2015 11:28
​AZAL klubunun kapitanı Türkiyədə əməliyyat olunacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ AZAL klubunun futbolçusu Seymur Əsədov Türkiyədə əməliyyat olunacaq. Klubdan "Report"a verilən məlumata görə, əməliyyat Ankaradakı "Acıbadem" xəstəxanasında gerçəkləşəcək.

Artıq 21 yaşlı yarımmüdafiəçinin müayinəsi ilə bağlı sənədlər xəstəxanaya göndərilib. Komanda kapitanının Ankaraya yollanacağı vaxt bu həftə dəqiqləşəcək.

Sol diz bağı qopan futbolçunun maliyyə xərcləri AZAL tərəfindən ödəniləcək.

Qeyd edək ki, Seymur Əsədov Premyer Liqanın VI turunda "Sumqayıt"la oyun zamanı zədələnib.

Son xəbərlər

Orphus sistemi