Yuxarı
    Bağlamaq

    ​AZAL-ın gürcü futbolçusu: "Aydın məsələdir ki, hamı "Real" və ya "Barselona"da oynamaq istəyir"

    Azərbaycanda məni hər şey qane edir

    Bakı. 20 noyabr. REPORT.AZ/ Futbol üzrə Gürcüstan milli komandasının sabiq futbolçusu, hazırda AZAL klubunun yarımmüdafiəçisi Sandro Quruli Ukraynanın "Sport.ua" nəşrinə müsahibə verib.

    "Report" xəbər verir ki, o, müsahibəsi zamanı Azərbaycanda hər şeydən razı olduğunu bildirib:

    "Aydın məsələdir ki, hamı "Real" və ya "Barselona"da oynamaq istəyir. Lakin buna layiq olmaq lazımdır. Mən layiq olmadım. Amma mən bugünkü vəziyyətimdən razıyam. Allaha şükürlər olsun ki, mən futbol oynayıram və bundan zövq alıram. Mən yaxşı formadayam. Məşqçi və klub rəhbərliyi mənə etimad göstərir. Azərbaycanda məni hər şey qane edir. Ümid edirəm ki, bundan sonra da yaxşı olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi