​AZAL "CBC Sport Kuboku"nda ilk qələbəsini qazanıb

​AZAL "CBC Sport Kuboku"nda ilk qələbəsini qazanıb Görüş 2:0 hesabı ilə yekunlaşıb
Futbol
16 Yanvar , 2016 15:05
​AZAL CBC Sport Kubokunda ilk qələbəsini qazanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün "CBC Sport Kuboku"nda daha bir oyun keçirilib. "Report"un məlumatına görə, 3-cü oyun günündə AZAL və MOİK komandaları qarşılaşıb.

Qarşılaşma "təyyarəçilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. AZAL-ın heyətində 19-cu dəqiqədə Tərlan Xəlilov, 73-cü dəqiqədə isə Nuqzar Kvirtiya fərqlənib.

AZAL-ın oyunçusu Emin Cəfərquliyev 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, açılış oyununda "Neftçi" AZAL-ı 1:0 hesabı ilə məğlub edib. "Neftçala" - "Şərurspor" matçı isə 2:2 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi