Yuxarı

Azad Rəhimov Realmadrid Fondunun sosial futbol məktəbinin açılışında iştirak edib

Azad Rəhimov Realmadrid Fondunun sosial futbol məktəbinin açılışında iştirak edib

Bakı. 17 may. REPORT.AZ/ Bakıda Realmadrid Fondunun sosial futbol məktəbinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində gerçəkləşib. 

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Realmadrid Fondunun nümayəndələri - "Real Madrid" futbol klubunun səfiri Rikardo Qalleqo, fondun Avropa regionu üzrə baş meneceri Elena Fernandez və digər şəxslər iştirak edib. 

Nazir çıxışında bildirib ki, "Real Mardid" klubu dünyada öz uğurları və təcrübəsi ilə seçilir. Onun fikrincə, belə bir klubun futbol dərslərini almaq hər bir uşağın gələcək inkişafı baxımından önəmlidir: "Azərbaycanda futbola hər zaman dövlət qayğısı olub. 2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı uğurla icra edilib. Uşaqların futbolla məşğul olması üçün hər cür şərait yaradılıb. Bu layihənin də ölkədə futbolun inkişafına töhfə verəcəyinə inanırıq".

Qeyd edək ki, Realmadrid Fondunun sosial futbol məktəbi layihəsi Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində reallaşır. Əsas icraedici tərəfdaş isə "İnkişaf Naminə İdman" İctimai Birliyidir. Məktəbdə 4 yaş qrupu üzrə komandalarda 80 nəfər uşaq məşqlərə cəlb olunur. Məşqlər ödənişsizdir və 267 saylı orta məktəblə "Pioner" futbol məktəbinin meydançalarında keçirilir. Realmadrid Fondunun sosial futbol məktəbi Gənclər və İdman Nazirliyi ilə Fond arasında 2013-cü ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. Məktəb MDB məkanında 1-ci, Avropada 8-ci olaraq təsis edilib. Layihənin uğurlu nəticəsini nəzərə alaraq, 2018-ci ildə yeni müqavilə imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi