Azad Rəhimov portuqaliyalı futbolçunu diplomla təltif edib

Azad Rəhimov portuqaliyalı futbolçunu diplomla təltif edib Bakıda səfərdə olan Türkiyənin Beşiktaş klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
Futbol
31 May , 2019 11:24
Azad Rəhimov portuqaliyalı futbolçunu diplomla təltif edib
Report/ Firi Salim

Bakıda səfərdə olan Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma gənclər və idman naziri Azad Rəhimovla görüşüb. 

"Report" xəbər verir ki, görüşdə A.Rəhimovla yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və "Beşiktaş" fanatları iştirak ediblər. 

Nazir portuqaliyalı yarımmüdafiəçini salamlayıb və futbolçunun gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirib. 

O, UEFA Avropa Liqasının finalının yüksək səviyyədə keçdiyini və ölkəyə gələn qonaqların yaradılan şəraitdən razı qaldığını qeyd edib. 

Daha sonra Kuerajma Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplomla təltif olunub. 

Son xəbərlər

Orphus sistemi