Azad Rəhimov: "Avropa Liqasının finalına gələnlər otellər və şəxsi evlərdə məskunlaşa bilərlər"

Azad Rəhimov: "Avropa Liqasının finalına gələnlər otellər və şəxsi evlərdə məskunlaşa bilərlər" Vacib məsələ otellərdə olan yerlərdir. Azərbaycanda 17 mindən artıq otel otaqları var. Bəzi otaqlarda 2 nəfərin qala biləcəyini nəzərə alsaq, bu, onu göstərir ki, ölkəmizə gələcək azarkeşlər tam yerləşə bilərlər.
Futbol
6 May , 2019 09:27
Azad Rəhimov: Avropa Liqasının finalına gələnlər otellər və şəxsi evlərdə məskunlaşa bilərlər
Gənclər və idman naziri Azad Rəhimov / Report

"Vacib məsələ otellərdə olan yerlərdir. Azərbaycanda 17 mindən artıq otel otaqları var. Bəzi otaqlarda 2 nəfərin qala biləcəyini nəzərə alsaq, bu, onu göstərir ki, ölkəmizə gələcək azarkeşlər tam yerləşə bilərlər".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək azarkeşlərin yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Nazir qonaqların şəxsi evlərdə də məskunlaşmalarının mümkünlüyünü dilə gətirib: "Təcrübə göstərir ki, son illər paytaxtımızda çoxlu mənzil kirayəyə verilir. Bunun üçün də xüsusi saytlar var. Həmin mənzillərdən bütün qonaqlar tam yararlana bilərlər. Necə ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisində etmişdilər".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi