Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının rəqibləri AVRO-2016 seçmə mərhələsindən əvvəl yoldaşlıq görüşləri keçiriblər

    Azərbaycan yığması ilk matçını sentyabrın 9-da evdə Bolqarıstan millisi ilə keçirəcək

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan yığmasının rəqibləri AVRO-2016 seçmə mərhələsindən əvvəl son yoldaşlıq görüşlərini keçiriblər. Report xəbər verir ki, sentyabr ayının 4-də Avropaların yaşıl meydançalarında bir neçə yoldaşlıq görüşü baş tutub. Belə ki, AVRO-2016 seçmə mərhələsində Azərbaycanla eyni qrupda yarışacaq Norveç yığması səfərdə ingilislərə oyunda minimal 0:1 hesabı ilə uduzub. Yeganə qolun müəllifi Ueyn Runi olub. 

    Azərbaycanın digər rəqibi - Xorvatiya yığması öz meydançasında Kipr komandasını qəbul edib və Mario Mancukiçin dubl etməsi sayəsində qələbə qazanıb. 

    Qrupun favoriti olan İtaliya yığması öz meydanında ötən mundialın bürünc mükafatçısını - Hollandiyanı qəbul edib. İlk 10 dəqiqədə iki qol vuran (matçın 3-cü dəqiqəsində İmmobile fərqlənib  və 10-cu dəqiqədə De Rossi penalti zərbəsini yerinə yetirib) italyanlar görüşdən qalib kimi ayrılıblar. 

    Malta yığması isə səfərdə Slovakiya komandasına 0:1 hesabı ilə uduzub. Qolu Nemes vurub. 

    Xatırladaq ki, Azərbaycan yığması AVRO-2016 seçmə mərhələsində ilk matçını sentyabrın 9-da "ev"də Bolqarıstan millisi ilə keçirəcək . Görüş "Baksell Arena" stadionunda saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi