Bakı. 20 oktyabr. REPORT.AZ/ Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. “Report” xəbər verir ki, Xorvatiyanın “Umag Mladost” klubunun U-17 komandası ilə qarşılaşan Azərbaycan yığması 2:0 hesabı ilə qalib gəlib.
Qolları Fərid Nəbiyev və Qara Qarayev vurub.