Ayxan Abbasov: "Qələbə qazanmaq istəsək də, alınmadı"

Ayxan Abbasov: "Qələbə qazanmaq istəsək də, alınmadı" Bakı. 10 fevral. REPORT.AZ/ Sumqayıt çempionatda ən xoşladığım komanda idi. Bilirdik ki, çətin olacaq.
Futbol
10 Fevral , 2018 18:42
Ayxan Abbasov: Qələbə qazanmaq istəsək də, alınmadı

Bakı. 10 fevral. REPORT.AZ/ "Sumqayıt" çempionatda ən xoşladığım komanda idi. Bilirdik ki, çətin olacaq".

"Report"un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının XV turunda evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis matçı belə dəyərləndirib:

"Birinci və ikinci hissədə fərqli oyun sərgilədik. İkinci hissədə daha yaxşı oynadıq. Düşünürəm ki, hesab ədalətli oldu. Ümumilikdə, çempionat çətin keçəcək və bizim üçün hər bir xal önəmlidir. Qələbə qazanmaq istəsək də, alınmadı. Ümid edirik ki, növbəti oyunlarda qələbə qazanacağıq”.

- Aleksandr Dedovun adının iştirak ərizəsinə salınmamasına səbəb nədir?

- Dedov hazırdır. Komanda ilə məşq etmədiyinə görə ona şans vermədim. Dedov gələn oyunlarda bizimlə olacaq.

- Yani Urdinov epizodların birində baş hakim Əliyar Ağayevin üzərinə tüpürdü...

- Epizodu görməmişəm. Həmin epziodda hakim bizim lehimizə cərimə zərbəsi verməli idi, amma vermədi. Fasilə zamanı Urdinovla danışdıq, sakit olmasını istədik. Əgər tüpürübsə, cəzasını verəcəyik.

Son xəbərlər

Orphus sistemi