Ayxan Abbasov: "Qarabağ”dan xal almağa çalışdıq, ancaq bacara bilmədik"

Ayxan Abbasov: "Qarabağ”dan xal almağa çalışdıq, ancaq bacara bilmədik" "Qarabağ" səhvi bağışlamır"
Futbol
10 Mart , 2018 22:45
Ayxan Abbasov: Qarabağ”dan xal almağa çalışdıq, ancaq bacara bilmədik

Bakı. 10 mart. REPORT.AZ/ "Çətin oyun oldu. Bunu gözləyirdik. Çalışdıq ki, xal qazanaq, ancaq bacara bilmədik. "Qarabağ” səhvi bağışlamır. Bu barədə futbolçulara məlumat vermişdim. İkinci hissədə bəzi dəyişiklər etdim. Bunun xeyri olsa da, "Qarabağ”ın müdafiəsini yarmaq çox çətindir".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.

Qış fasiləsindən sonra qələbə qazana bilmədiklərini xatırladan gənc mütəxəssis növbəti oyunlarda qalib gələrək, bu vəziyyətdən çıxmağa çalışacaqlarını vurğulayıb.

Abbasov komandasının cinahlarında dəyişiklik etməklə səhvə yol verdiyinə dair fikirlərlə razılaşmayıb:

"Xeyr, səhv etdiyimi düşünmürəm. Biz hər oyunda futbolçuları dəyişirik. Bu gün müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik. Çalışmışdıq ki, zonaları bağlayaq. Sıx qrafikdi. 4 gün sonra yenə oyunumuz var. Buna görə, bəzi dəyişikliklər etdik".

Baş məşqçi Elşən Abdullayevi erkən əvəzləməsinin onun oyunundan narazı qalması ilə əlaqələndirib:

"Bəli, oyunundan narazı qaldım ki, dəyişdim".

Son xəbərlər

Orphus sistemi