Yuxarı

Ayxan Abbasov: “Belə rəqiblə oyunda səhv etmək olmaz”

​Ayxan Abbasov: “Belə rəqiblə oyunda səhv etmək olmaz”

© Report

"Məğlubiyyətə görə üzülürük. Belə rəqiblə oyunda səhv etmək olmaz. Rəqib ikinci hissənin əvvəlində boşluqdan yararlandı. Buna baxmayaraq, öz dəst-xəttimiz var. Daha soyuqqanlı ola bilərdik. Futbolçularıma əzmkarlığı qarşılığında təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. 

39 yaşlı mütəxəssis oyundan zövq aldığını bildirib: "Oyunu düzgün analiz etmək lazımdır. Qoldan sonra 4 hücumçu ilə oynadıq, dayaq yarımmüdafiəçisini meydana buraxdıq. Belə komandaya qarşı açıq futbol oynamaq olmaz. Hətta "Neftçi" belə oynamamışdı. Çalışacağıq ki, sonadək bu tempi qoruyaq. Hər mövsüm heyətimizi qoruya bilməsək də, futbolumuza qazandırırıq. Bəs özümüz nə vaxt qazanacağıq? Bu sualın cavabı məndən asılı deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi