Ayxan Abbasov: "Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək"

Ayxan Abbasov: "Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək" “Matçın belə keçəcəyinə hazır idik”
Futbol
15 Aprel , 2017 19:33
Ayxan Abbasov: Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək

Bakı. 15 aprel. REPORT.AZ/ "Belə oyundan sonra danışmaq çətindir. Bu matçın belə keçəcəyinə hazır idik".

"Report"un məlumatına görə, bunu "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra deyib.

Otuz altı yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında bildirib ki, pis oynamamaqlarına rəğmən, əsas çatışmazlıq qol epizodlarından yararlana bilməməkləridir. O, rəqibin əzmkarığını xüsusilə qeyd edib:

"Sumqayıt" əzmkarlığı ilə hamıdan üstündür. Ümumən, pis oynamadıq. Çatışmayan cəhət qol epizodlarından yararlana bilməməyimizdir. Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək".

Qeyd edək ki, bu heç-heçədən sonra xalını 33-ə çatdıran "Zirə" 4-cü pillədəki yerini qoruyub.

Son xəbərlər

Orphus sistemi