"Ayntraxt" klubu Azərbaycan millisinin qapıçısı ilə yollarını ayırır

"Ayntraxt" klubu Azərbaycan millisinin qapıçısı ilə yollarını ayırır Emil Balayev yayda özünə yeni klub tapa bilməyib
Futbol
1 Sentyabr , 2015 11:23
Ayntraxt klubu Azərbaycan millisinin qapıçısı ilə yollarını ayırır

Bakı. 1sentyabr. REPORT.AZ/ Almaniyanın “Ayntraxt” klubu 4 futbolçusu ilə yolları ayıracaq. Sportnet.az-ın "Frankfurter Neue Presse"yə istinadən məlumatına görə, baş məşqçi Armin Fe yay fasiləsində yarımmüdafiəçi Slobodan Medoyeviç, hücumçu Vatslav Kadlets və müdafiəçi David Kinsombi ilə yanaşı, Azərbaycan millisinin qapıçısı Emil Balayevi satılmağa və ya icarəyə verilməyə namizəd sayıb.

Lakin onların heç biri yay transfer dövründə yeni klub tapa bilməyib. Hazırda bu futbolçuların Frankfurtdakı perspektivləri qaranlıqdır. Medoyeviç, Kadlets, Kinsombi və Balayevin əsas heyətə düşmələrinin çətin olduğu bildirilir.

Qeyd edək ki, Emil Balayev 2014-cü il dekabrın 13-də "Ayntraxt"la 1,5 illik müqavilə bağlayıb. O, Almaniya klubuna "Neftçi"dən keçib. 

Son xəbərlər

Orphus sistemi