Rusiya klubunda çıxış edən azərbaycanlı futbolçu sürücülük hüququndan məhrum edilib

Rusiya klubunda çıxış edən azərbaycanlı futbolçu sürücülük hüququndan məhrum edilib Rusiyanın Spartak komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev sürücülük hüququndan məhrum edilib.
Futbol
19 Aprel , 2019 16:58
Rusiya klubunda çıxış edən azərbaycanlı futbolçu sürücülük hüququndan məhrum edilib

Rusiyanın "Spartak" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev sürücülük hüququndan məhrum edilib.

"Report" "Mash"a istinadən xəbər verir ki, qərar Moskva məhkəməsi tərəfindən qəbul olunub.

Səbəb kimi 23 yaşlı yarımmüdafiəçinin avtomobil idarə edərkən yolu işıqforun qırmızı işığında keçməsi göstərilib. 

Quliyev işıqforu görmədiyini bildirsə də, məhkəmə onun arqumentlərinə əhəmiyyət verməyib.

Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb. Daha sonra klub futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib. Futbolçu həmçinin şikayətdən imtina etməsi üçün ABŞ vətəndaşına 155 min rubl ödəyib. 

Son xəbərlər

Orphus sistemi