Yuxarı

"Ayaks"ın futbolçusu Mateys de Liqt Turinə gəlib - VİDEO

​"Ayaks"ın futbolçusu Mateys de Liqt Turinə gəlib

Niderlandın "Ayaks" klubunun müdafiəçisi Mateys de Liqt Turinə gəlib.

“Report” xəbər verir ki, bu barədə "Yuventus"un rəsmi "Twitter" səhifəsi yazıb.

Yaxın müddətdə futbolçu tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, niderlandlı futbolçu Turin klubu ilə beşillik müqavilə imzalayacaq.

Daha əvvəl "Yuventus"un de Liqtin transferini 75 milyon avroya razılaşdırdığı xəbər verilib. Belə olacağı təqdirdə o, İtaliya A Seriyasının ilinə 12 milyon avro qazanan ən yüksəködənişli müdafiəçisi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi