Yuxarı

"Ayaks"ın futbolçusu matçın gedişində meydana çıxmaqdan imtina etdiyi üçün cəzalandırılıb

"Ayaks"ın futbolçusu matçın gedişində meydana çıxmaqdan imtina etdiyi üçün cəzalandırılıb

Bakı. 12 mart. REPORT.AZ/ Hollandiyanın “Ayaks” klubu futbolçu Amin Yunesi cəzalandırıb.

“Report” Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səbəb 25 yaşlı hücumçunun Hollandiya çempionatının XXVII turunda “Herenven”lə oyunun gedişində meydan çıxmaqdan imtinasıdır.

“Ayaks”ın baş məşqçisi Erik ten Haq matçın sonlarında Yunesi meydana buraxmaq istəsə də, futbolçu onun göstərişini yerinə yetirməyib. Bu səbəbdən o, əsas heyətdən kənarlaşdırılıb və gənclər komandasına göndərilib.

Qeyd edək ki, qarşılaşma 61 xalla 2-ci pillədə qərarlaşan “Ayaks”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Amin Yunes cari mövsümdə 17 görüşdə iştirak edib və 2 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi