“Ayaks”ın futbolçusu bir ildən sonra komadan ayılıb

“Ayaks”ın futbolçusu bir ildən sonra komadan ayılıb Bakı. 21 avqust. REPORT.AZ/ Hollandiyanın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri bir ildən sonra komadan ayılıb.
Futbol
21 Avqust , 2018 16:49
“Ayaks”ın futbolçusu bir ildən sonra komadan ayılıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Hollandiyanın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri bir ildən sonra komadan ayılıb.

“Report” “So Foot” portalına istinadən xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçinin qardaşı Abderrahim Nuri bildirib.

Qeyd edək ki, Abdelhak Nuri ötən il iyulun 8-də Almaniyanın “Verder” komandası ilə yoxlama matçı zamanı huşunu itirib və təcili olaraq helikopterlə xəstəxanaya çatdırılıb. Lakin beynində problem yaranan futbolçu komaya düşüb.

Son xəbərlər

Orphus sistemi