Yuxarı

"Ayaks" futbol üzrə Niderland Kubokunun qalibi olub

​"Ayaks" futbol üzrə Niderland Kubokunun qalibi olub

"Ayaks" futbol üzrə Niderland Kubokunun final matçında "Villem II" klubunu darmadağın edərək baş mükafata sahib çıxıb.

"Report" xəbər verir ki, Rotterdamın "De Kuyp" stadionunda keçən görüş 4:0 hesabı ilə Amsterdam klubunun xeyrinə başa çatıb.

Bununla da "Ayaks" tarixində 19-cu dəfə Niderland Kubokunun qalibi olub və bu, turnirdə rekord hesab olunur.

Eyni zamanda "Ayaks" Niderland çempionatının turnir cədvəlində birinci yerdə qərarlaşıb və Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizə aparır.

Niderland Kuboku. Final

"Villem II" – "Ayaks" - 0:4

Qollar: 0:1 – Blind – 38, 0:2 – Huntelar – 39, 0:3 – Huntelar – 67, 0:4 – Nissen – 76.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi