"Axmat"ın baş məşqçisi "Qarabağ"la oyundan danışıb

"Axmat"ın baş məşqçisi "Qarabağ"la oyundan danışıb Oleq Kononov: "Çempionlar Liqasında çıxış edəcək yaxşı rəqibə qalib gəldik"
Futbol
22 İyun , 2017 14:08
Axmatın baş məşqçisi Qarabağla oyundan danışıb

Bakı. 22 iyun. REPORT.AZ/ "Əlbəttə, əsas odur ki, Çempionlar Liqasında çıxış edəcək yaxşı rəqibə, Azərbaycan çempionuna qalib gəldik".

"Report"un məlumatına görə, bunu Rusiya "Axmat"ının baş məşqçisi Oleq Kononov Avstriyadakı təlim-məşq toplanışında "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri yoxlama matçından sonra deyib.

51 yaşlı mütəxəssis toplanış müddətində daha çox iştirak etmiş oyunçulara şans verdiyini bildirib: "Bizim oyunla bağlı müəyyən planımız var idi. İntensiv keçdiyimiz təlim-məşq toplanışının böyük hissəsində əsas heyət üzvlərinin hamısı iştirak etmirdilər. Onlar yalnız son günlər bizə qoşuldular. Toplanış boyunca iştirak etmiş oyunçulara daha çox şans verdim".

O.Kononov yeganə qolun müəllifi olan yeni transfer Ravanelli barədə də danışıb: "Ravanelli hələ bizdə bərpa dövrü keçir. Cəmi 2 gündür komandamızdadır. İlk qolu vurması yaxşı haldır və ona güc, özünə əminlik verəcək. Braziliyalı legionerimizə gələcəkdə də ümid edə bilərik".

Qeyd edək ki, "Axmat" Avstriya toplanışında "Qarabağ"dan əvvəl "Qəbələ"ni də eyni hesabla yenib. 

Son xəbərlər

Orphus sistemi