Yuxarı

Avstriyanın "Karabakh Vienna" klubu Prezident İlham Əliyevi təbrik edib

Avstriyanın "Karabakh Vienna" klubu Prezident İlham Əliyevi təbrik edib

Bakı. 21 aprel. REPORT.AZ/ Avstriyanın "Karabakh Vienna" futbol klubu İdarə Heyətinin prezidenti Orxan Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 

"Report"un məlumatına görə, təbrikdə qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdən ulu öndərimiz Heydər Əliyev ölkəmizdə idmanın inkişafını və idman vasitəsilə Azərbaycanın dünyada tanıdılmasını prioritet istiqamət olaraq müəyyənləşdirib və bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

"Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə “Karabakh Vienna” Futbol Klubu İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının Sizə göstərdiyi yüksək etimad Sizin xidmətlərinizin və nailiyyətlərinizin, ölkəmizin iqtisadi qüdrətinin artmasına, beynəlxalq arenada nüfuzunun yüksəldilməsinə, mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına yönəlmiş siyasi kursunuzun təntənəsinin sübutudur", - məktubda vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi