Yuxarı
    Bağlamaq

    ​Avstriya yığmasının AVRO-2016-ya gedəcək yekun heyəti açıqlanıb

    Avstriyalılar Portuqaliya, İslandiya və Macarıstanla eyni qrupda mübarizə aparacaqlar

    Bakı. 1 iyun. REPORT.AZ/ Futbol üzrə Avstriya yığma komandasının məşqçilər qərargahı Avropa çempionatı – 2016-ya gedəcək yekun heyəti açıqlayıb.

    “Report” xəbər verir ki, bu barədə Avstriya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

    23 futbolçudan ibarət siyahıya daxil edilib:

    Qapıçılar - Robert Almer ("Austriya"), Haynts Lindner ("Ayntraxt" Frankfurt, Almaniya), Ramazan Özcan ("İnqolştadt", Almaniya);

    Müdafiəçilər - Aleksandar Draqoviç ("Dinamo" Kiyev, Ukrayna), Kristian Fuks ("Lester", İngiltərə), Dyerd Qariç ("Darmştadt", Almaniya), Martin Hintereqqer ("Borussiya" Münhenqladbax, Almaniya), Florian Klyayn ("Ştutqart", Almaniya), Sebastyan Predl ("Uotford", İngiltərə), Markus Zuttner ("İnqolştadt", Almaniya), Kevin Vimmer ("Tottenhem", İngiltərə), David Alaba ("Bavariya", Almaniya);

    Yarımmüdafiəçilər - Marko Arnautoviç ("Stok Siti", İngiltərə), Yulian Baumqartlinqer ("Maynts", Almaniya), Martin Harnik ("Ştutqart", Almaniya), Ştefan İlsanker, Marsel Zabittser (hər ikisi "Leyptsiq", Almaniya), Yakob Yançer ("Lütsern", İsveçrə), Zlatko Yunuzoviç ("Verder", Almaniya), Alessandro Şopf ("Şalke", Almaniya),

    Hücumçular - Lukas Hinterzeyer ("İnqolştadt", Almaniya), Rubin Okoti ("Münhen 1860", Almaniya), Mark Yanko ("Bazel", İsveçrə).

    Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. Avstriyalılar qrup mərhələsində Portuqaliya, İslandiya və Macarıstanla mübarizə aparacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi