Avstriya "Qarabağ"ından gələn futbolçu: "Ümid edirəm ki, "Keşlə"də qalacağam" - MÜSAHİBƏ

Avstriya "Qarabağ"ından gələn futbolçu: "Ümid edirəm ki, "Keşlə"də qalacağam" - MÜSAHİBƏ "Çox yaxşı komandaya gəlmişəm"
Futbol
11 Yanvar , 2018 15:05
Avstriya Qarabağından gələn futbolçu: Ümid edirəm ki, Keşlədə qalacağam - MÜSAHİBƏ

Bakı. 10 yanvar. REPORT.AZ/ "Keşlə" klubunda baxışda olan serbiyalı futbolçu Nemanya Stoyanoviç jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- "Qaradağ Lökbatan"la yoxlama oyunu barədə təəssüratlarınız necədir?

- Biz çox yaxşı oynadıq. Bu, mənim "Keşlə"də ilk oyunum idi. Hələlik sınaq dövründəyəm. Hesab edirəm ki, "Keşlə" çox gözəl, gənc komandadır. Eyni zamanda bizim kimi gənclərə dəstək ola biləcək təcrübəli oyunçuları var.

- Nə vaxt müqavilə bağlayacaqsınız?

- Hələ bilmirəm. Klub prezidenti Zaur Axundovla danışmalıyam. Hazırda baxışdayam. Sərfəli təklif olsa və özüm də "Keşlə" üçün faydalı olsam, danışıqlar aparacağıq.

- Yeni baş məşqçi Yuri Maksimov xoşunuza gəlir?

- Onunla çox da ünsiyyətdə olmamışıq. Amma iş üslubuna əsasən, hesab edirəm ki, çox gözəl baş məşqçidir. Dünən komandamızın məşqi gözəl alındı. Ümid edirəm ki, burada qalacağam.

- Hazırda turnir "Keşlə" barədə nə fikirləşirsiniz?

- Çox peşəkar klubdur. Bilirəm ki, əvvəllər "İnter" adlanıb. Bu mövsüm komandanın Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Mladost" komandası ilə səfər oyununu izləmişəm. Həmin görüşdə "Keşlə" inamlı qələbə qazandı. Hesab edirəm ki, çox yaxşı komandaya gəlmişəm. Burada çox peşəkarca çalışırıq.

- "Keşlə"dən əlavə, Azərbaycan futbolu barədə nə bilirsiniz?

- Mən çox şey bilirəm. Bura Avstriya "Qarabağ"ından gəlmişəm. Orada da klub prezidenti azərbaycanlıdır. Ağdam "Qarabağ"ının Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Çox yaxşı komandadır. Digər klublar barədə də məlumatım var. "Qəbələ" və "Neftçi"ni tanıyıram. "Qəbələ"nin "Çukariçki" ilə oyununu izləmişdim.

Son xəbərlər

Orphus sistemi