Yuxarı

​Avstriya klubu "Kəpəz"lə keçiriləcək Avroliqa matçının məkanı ilə bağlı yanlışlığa yol verib

Admira qarşılaşmanın Gəncə şəhər stadionunda keçiriləcəyini yazıb

Bakı. 19 iyul. REPORT.AZ/ "Kəpəz" klubunun Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Admira" komandası ilə keçirəcəyi cavab qarşılaşmasının məkanı ilə bağlı yanlışlığa yol verilib.

"Report"un məlumatına görə, "Admira"nın rəsmi saytı matçın Gəncə şəhər stadionunda keçiriləcəyini yazıb.

"Cavab görüşü öncəsi son informasiya" adlı xəbərdə komandanın yaxşı formada olduğu bildirilir. Oyunun başlama saatı isə dəqiq göstərilib.

"Kəpəz" - "Admira" görüşü Gəncə şəhər stadionunda deyil, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək. Oyun saat 20:00-da başlanacaq. İlk qarşılaşmada "Admira" qalib gəlib - 1:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi