Avstraliyada texniki zonadan kənarlaşdırılma qaydaları dəyişdirilib

Avstraliyada texniki zonadan kənarlaşdırılma qaydaları dəyişdirilib Bu, futbol tarixində bir ilk olacaq
Futbol
31 Oktyabr , 2017 15:14
Avstraliyada texniki zonadan kənarlaşdırılma qaydaları dəyişdirilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Avstraliyada futbol matçları zamanı məşqçilərlə texniki zonada yer alan digər şəxslər sarı və qırmızı vərəqə ilə cəzalandırılacaqlar.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu, futbol tarixində bir ilk olacaq.

Yenilik noyabrın 3-dən etibarən kişilər (А-League) və qadınlar (W-League) arasında yükəsk liqalarda tətbiq ediləcək.

Qeyd edək ki, FİFA qaydalarına əsasən, referi futbolçulardan başqa, istənilən şəxsə texniki zonada vərəqə göstərə bilməz. Baş hakim qaydaları pozan belə şəxsləri yalnız əl işarəsi ilə texniki zonadan kənarlaşdırmalıdır. 

Son xəbərlər

Orphus sistemi