Yuxarı

​Avstraliya Futbol Federasiyasının prezidenti podiumdan yıxılıb

Nəticədə onun çiyni sınıb

Bakı. 18 may. REPORT.AZ/ Futbol üzrə Avstraliya A Liqasında çempion olmuş "Melburn Viktori" komandasının mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb. "Report"un məlumatına görə, kubokun təqdim olunması zamanı yerli futbol federasiyasının prezidenti Frank Lovi podiumdan yıxılıb.

29 843 azarkeş qarşısında baş vermiş olay nəticəsində onun çiyni qırılıb. 

Qeyd edək ki, Frank Lovi noyabrda Avstraliya Futbol Federasiyasının prezidentliyi postundan ayrılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi