Avropanın “Qızıl oğlan” mükafatına namizəd futbolçuların adları açıqlanıb

Avropanın “Qızıl oğlan” mükafatına namizəd futbolçuların adları açıqlanıb İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var
Futbol
21 Oktyabr , 2017 14:29
Avropanın “Qızıl oğlan” mükafatına namizəd futbolçuların adları açıqlanıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.

“Report” "Goal.com" saytına istinadən xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var.

Bunlar Fransa yığmasının üzvləri – Killyan Mbappe (PSJ) ilə Usman Dembele (“Barselona”) və Braziliya millsinin futbolçusu Qabriel Xesusdur (“Mançester Siti”).

Mükafatın sahibinin adı oktyabrın 23-də açıqlanacaq.

Qeyd edək ki, 2016-cı ildə “Qızıl oğlan” mükafatına Portuqaliya millsinin üzvü Renatu Sanşeş layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi