Ötən mövsüm Avropanın ən çox gəlir əldə edən klubu açıqlanıb

Ötən mövsüm Avropanın ən çox gəlir əldə edən klubu açıqlanıb Bakı. 24 yanvar. REPORT.AZ/ “Deloitte” analitik şirkəti 2017/2018 mövsümü üçün Avropanın futbol klublarının gəlirlərini açıqlayıb.
Futbol
24 Yanvar , 2019 13:36
Ötən mövsüm Avropanın ən çox gəlir əldə edən klubu açıqlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ “Deloitte” analitik şirkəti 2017/2018 mövsümü üçün Avropanın futbol klublarının gəlirlərini açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabatda ilk yeri İspaniya “Real Madrid”i tutur. 2014/2015 mövsümündən sonra yenidən zirvəyə yüksələn “kral klubu” rekord məbləğdə - 750,9 milyon avro qazanıb. İkinci sıradakı “Barselona” 60,5 milyon avro az pul götürüb.

“Üçlüy”ü 666 milyon avro ilə İngiltərənin “Mançester Yunayted” klubu qapayır.

İlk “20-lik”də yer alan klubların ümumi gəliri də rekord məbləğ – 8,3 milyard avro təşkil edib. 

Son xəbərlər

Orphus sistemi