​Avropanın daha 6 klubunun skautları Bakıya gələcək

​Avropanın daha 6 klubunun skautları Bakıya gələcək Siyahıda Fransanın PSJ klubu da var
Futbol
28 Aprel , 2016 11:27
​Avropanın daha 6 klubunun skautları Bakıya gələcək

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını izləmək üçün daha 6 klubun skautları Azərbaycan paytaxtına gələcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıya Almaniya, Fransa və Hollandiya klubları əlavə olunub.

Çempionatı izləmək üçün skautları Bakıya gələcək Avropa klubları bunlardır: “Mançester Siti” (İngiltərə), “Arsenal” (İngiltərə), “Sevilya” (İspaniya), “Portu” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya), “Middlsbro” (İngiltərə), PSJ (Fransa), “Bornmut” (İngiltərə), PSV Eyndhoven (Hollandiya), “Borussiya" (Münxenqladbax, Almaniya), “Hamburq” (Almaniya), “Olimpik Marsel” (Fransa).

Qeyd edək ki, Avropa çempionatı mayın 5-də başlayacaq və 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi