Avropada ən çox maaş alan futbolçuların adları açıqlanıb - SİYAHI

Avropada ən çox maaş alan futbolçuların adları açıqlanıb - SİYAHI Bakı. 8 fevral. REPORT.AZ/ Fransanın L'Équipe nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən yüksək ödənişli 10 futbolçunun siyahısını açıqlayıb.
Futbol
8 Fevral , 2019 13:13
Avropada ən çox maaş alan futbolçuların adları açıqlanıb - SİYAHI

Bakı. 8 fevral. REPORT.AZ/ Fransanın "L'Équipe" nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən yüksək ödənişli 10 futbolçunun siyahısını açıqlayıb. 

"Report" xəbər verir ki, siyahıda vergilər tutulmadan öncə oyunçuların aylıq əmək haqqısı göstərilib. İlk pillədə İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçu bir ay ərzində 8,3 milyon avro qazanır.

İkinci sırada 4,7 milyon avro ilə İtaliya "Yuventus"unun portuqaliyalı oyunçusu Kriştianu Ronaldu, üçüncü yerdə isə 3,3 milyon avro ilə İspaniya "Atletiko"sunun forvardı Antuan Qrizman qərarlaşıb.

Avropadakı ən yüksək ödənişli 10 futbolçu:

1. Lionel Messi ("Barselona", İspaniya) - ayda 8,3 milyon avro

2. Kriştianu Ronaldu ("Yuventus", İtaliya) - 4,7

3. Antuan Qrizman ("Atletiko", İspaniya) - 3,3

4. Neymar (PSJ, Fransa) - 3,06

5. Luis Suarez ("Barselona", İspaniya) - 2,9

6. Qaret Beyl ("Real Madrid", İspaniya) - 2,5

7. Filippe Koutinyo ("Barselona", İspaniya) - 2,3

8. Aleksis Sançes ("Mançester Yunayted", İngiltərə) - 2,28

9. Kilian Mbappe - (PSJ, Fransa) - 1,73

10. Mesut Özil ("Arsenal", İngiltərə) - 1,6 

Son xəbərlər

Orphus sistemi