Yuxarı

Avropa Liqasının yarımfinalında İtaliya dueli olmayacaq

Napoli Ukrayna Dneprinə, Fiorentina Avroliqanın son qalibi İspaniya Sevilyasına rəqib olub

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşkatma nəticəsində İtaliyanın "Napoli" və "Fiorentina" klublarının yalnız finalda bir-birinə rəqib ola biləcəkləri dəqiqləşib. 

"Napoli" Ukrayna "Dnepr"inə, "Fiorentina" Avroliqanın son qalibi İspaniya "Sevilya"sına rəqib olub. İlk oyunlar mayın 7-də, cavab görüşləri mayın 14-də baş tutacaq. Həlledici oyun isə mayın 27-də Polşanın paytaxtı Varşavadakı Milli stadionda baş tutacaq. Həmin qarşılaşmada nominal meydan sahibi funksiyasını "Napoli" - "Dnepr" oyununun qalibi yerinə yetirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi