Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşib "Ayaks"-"Lion" klubu ilə qarşılaşacaq
Futbol
21 Aprel , 2017 15:19
Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

“Report”un məlumatına görə, püşkün nəticəsində Hollandiyanın "Ayaks"  komandası Fransanın "Lion" klubu ilə qarşılaşacaq.

İspaniya təmsilçisi "Selta" isə İngiltərənin "Mançester Yunayted" komandasın rəqib olub.

Qeyd edək ki, ilk oyunlar 4 mayda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə 11 mayda olacaq. Həmçinin mayın 24-də İsveçin paytaxtı Stokholmda keçiriləcək final matçının nominal ev sahibi də bəlli olub. Püşk əsasən “Ayaks” – “Lion” cütünün qalibinin adı həlledici qarşılaşmada birinci göstəriləcək.

Son xəbərlər

Orphus sistemi