Yuxarı

Avropa Liqasının qrup oyununda insident yaşanıb

Avropa Liqasının qrup oyununda insident yaşanıb
Şəhərdə kütləvi yürüş təşkil edən azarkeşlər dava ediblər

Bakı. 9 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin Ukraynada "Zorya" və İngiltərə "Mançester Yunayted"i arasında keçirilən matçda insident yaşanıb.

"Report"un məlumatına görə, bu dəfə də ukraynalı azarkeşlər münaqişə törədib.

Yerli azarkeşlər qonaqlara hücum edərək onların bayraqlarını əllərindən alıblar. Bundan sonra ara qarışıb. Üstəlik ukraynalıların polislərlə də dava etdiyi bildirilir. Azarkeşlər bununla kifayətlənməyərək "Mançester Yunayted"in cərimə meydançası daxilinə partlayıcı maddə də atıblar.

Bundan əlavə, oyundan öncə də iki komanda azarkeşlər üz-üzə gəlib. Şəhərdə kütləvi yürüş təşkil edən azarkeşlər dava ediblər. Dava zamanı azarkeşlər şüşə və dəmir alətlərdən istifadə edib.

Qeyd edək ki, Çempionlar Liqasının son turunda Ukraynada "Dinamo" və Türkiyə "Beşiktaş"ı arasında keçirilən oyun zamanı da iki komanda azarkeşləri arasında dava düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi