Avropa Liqasının qrup mərhələsində son oyun keçirilib

Avropa Liqasının qrup mərhələsində son oyun keçirilib Qarşılaşma "Genk"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
9 Dekabr , 2016 17:38
Avropa Liqasının qrup mərhələsində son oyun keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin son görüşü keçirilib. 

"Report"un məlumatına görə, təxirə salınmış matçda İtaliya "Sassuolo"su ilə Belçika "Genk"i üz-üzə gəlib. 

F qrupunun oyununda qonaqlar 2:0 hesablı qələbə qazanaraq, qrup lideri kimi 1/16 final mərhələsinə yüksəlib. Belçika klubunun heyətində Brayan Heynen və Leandro Trossard fərqlənib.

Bununla da "Genk" 12, İspaniyanın "Atletiko" klubu isə 10 xalla növbəti mərhələyə yüksəlib. Avstriya "Rapid"i turniri 6 xalla 3-cü, "Sassuolo" isə 5 xalla sonuncu pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi