Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
“Report” xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Ukraynada “Vorskla” ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin E qrupundakı rəqibi İngiltərə “Arsenal”ı Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan “Astana”sı IV matçını evdə keçirəcək. Komandanın rəqibi Çexiyanın “Yablonets” kollektivi olacaq.
Türkiyə təmsilçilərindən “Beşiktaş” səfərdə Belçika “Cenk”i, “Fənərbağça” isə evdə eyni ölkənin “Anderlext” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Qonşu ölkənin digər klubu “Akhisarspor” isə İspaniyanın “Sevilya” komandası ilə evdəki matçda sensasiyaya imza atmağa çalışacaq.
Bu mərhələdə "Qarabağ"ın qrupdakı rəqibi “Arsenal”la yanaşı, “Ayntraxt” (Almaniya), “Latsio” (İtaliya), “Çelsi” (İngiltərə), “Sürix” (İsveçrə), “Bayer” (Leverkuzen, Almaniya), “Zaltsbuq” (Avstriya), “Leyptsiq” (Almaniya), “Dinamo” (Zaqreb, Xorvatiya) və “Betis” (İspaniya) klubları da 1/16 final mərhələsinə vəsiqəni təmin edə bilərlər.
8 noyabr
Avropa Liqası
Qrup mərhələsi, IV tur
A qrupu
00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Sürix" (İsveçrə)
00:00. "Lüdoqorets" (Bolqarıstan) - AEK (Larnaka, Kipr)
Xal durumu: "Sürix" - 9, "Bayer" - 6, AEK - 1, "Lüdoqorets" - 1.
B qrupu
00:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)
00:00. "Rusenborq"(Norveç) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Zaltsburq" - 9, "Leyptsiq" - 6, "Seltik" - 3, "Rusenborq" - 0.
C qrupu
00:00. "Slaviya" (Praqa, Çexiya) - "Kopenhagen" (Danimarka)
00:00. "Bordo" (Fransa) - "Zenit" (Rusiya)
Xal durumu: "Zenit" - 7, "Slaviya" - 6, "Kopenhagen" - 4, "Bordo" - 0
D qrupu
19:50. "Fənərbağça" (Türkiyə) - "Anderlext" (Belçika)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Spartak" (Trnava, Slovakiya)
Xal durumu: "Dinamo" - 9, "Fənərbağça" - 4, "Spartak" - 3, "Anderlext" - 1.
E qrupu
00:00. "Vorskla" (Poltava, Ukrayna) - "Qarabağ" (Azərbaycan)
00:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Lissabon, Portuqaliya)
Xal durumu: "Arsenal" - 9, "Sportinq" - 6, "Vorskla" - 3, "Qarabağ" - 0.
F qrupu
00:00. "Betis" (İspaniya) - "Milan" (İtaliya)
00:00. "Olimpiakos" (Yunanıstan) - "Düdelanj" (Lüksemburq)
Xal durumu: "Betis" - 7, "Milan" - 6, "Olimpiakos" - 4, "Düdelanj" - 0.
G qrupu
21:55. "Spartak" (Moskva, Rusiya) - "Reyncers" (Şotlandiya)
21:55. "Rapid" (Vyana, Avstriya) - "Vilyarreal" (İspaniya)
Xal durumu: "Reyncers" - 5, "Vilyarreal" - 5, "Rapid" - 3, "Spartak" - 2.
H qrupu
21:55. "Apollon" (Kipr) - "Ayntraxt" (Almaniya)
21:55. "Latsio" (İtaliya) - "Marsel" (Fransa)
Xal durumu: "Ayntraxt" - 9, "Latsio" - 6, "Apollon" - 1, "Marsel" - 1.
I qrupu
00:00. "Genk" (Belçika) - "Beşiktaş" (Türkiyə)
00:00. "Malmö" (İsveç) - "Sarpsporq" (Norveç)
Xal durumu: "Genk" - 6, "Malmö" - 4, "Sarpsporq" - 4, "Beşiktaş" – 3
J qrupu
00:00. "Akhisarspor" (Türkiyə) - "Sevilya" (İspaniya)
00:00. "Krasnodar" (Rusiya) - "Standard" (Lyej, Belçika)
Xal durumu: "Krasnodar" - 6, "Standard" - 6, "Sevilya" - 6, "Akhisarspor" - 0.
K qrupu
19:50. "Astana" (Qazaxıstan) - "Yablonets" (Çexiya)
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Renn" (Fransa)
Xal durumu: "Astana" - 5, "Dinamo" - 5, "Renn" - 3, "Yablonets" – 2
L qrupu
00:00. BATE (Belarus) - Çelsi" (İngiltərə)
00:00. "Videoton" (Macarıstan) - PAOK (Yunanıstan)
Xal durumu: "Çelsi" - 9. BATE - 3, PAOK - 3, "Videoton" - 3.