"Qəbələ" və "İnter"in Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB

"Qəbələ" və "İnter"in Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB "Qəbələ" "Vest Hem"lə, "İnter" "Trabzonspor"la qarşılaşa bilər
Futbol
17 İyul , 2015 16:20
Qəbələ və İnterin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB

Bakı. 17 iyul. REPORT.AZ/ Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, "İnter" İslandiya "Hafnarfyördur"unu keçsə, İspaniyanın "Atletik" (Bilbao) komandası ilə qarşılaşacaq.

"Qəbələ" Serbiya "Çukariçki"sini üstələyəcəyi halda, "Apollon" (Kipr) - "Trakay" (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.

Oyunlar iyulun 30-da və avqustun 6-da keçiriləcək.

*** 11:45

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, Püşkatma öncəsi UEFA səpələnmiş və səpələnməmişlər arasında olan klubları qruplara bölüb.

Azərbaycanın hər iki təmsilçisi səpələnməmişlər qrupuna düşüb. 4-cü qrupda yer alan "Qəbələ" - "Çukariçki" (Serbiya) cütünün qalibi növbəti mərhələdə "Atromitos" (Yunanıstan), "Apollon" (Limassol, Kipr) / "Trakay" (Litva) cütünün qalibi, "Slovan" (Liberets, Çexiya), "Vest Hem" (İngiltərə) / "Birkirkara" (Malta) cütü, "Standard" (Lyej, Belçika) və ya "Borussiya" (Dortmund, Almaniya) komandası ilə üz-üzə gələcək.

5-ci qrupdakı "Hafnarfyördur" (İslandiya) - "İnter" cütünün qalibi isə "Viktoriya" (Portuqaliya), "Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq) cütünün qalibi, "Atletik" (İspaniya), "Krasnodar" (Rusiya), "Koper" (Sloveniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi və ya "Yagelloniya" (Polşa) - "Omoniya" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi