Yuxarı
    Bağlamaq

    Avropa Liqasının oyununa təyinat alan azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib

    Yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının E qrupunda keçiriləcək "Roma" (İtaliya) - "Astra" (Rumıniya) oyununa təyinat alıb. Bu barədə "Report"a 29 yaşlı referinin özü məlumat verib. 

    Ə.Ağayev İtaliya paytaxtında keçiriləcək görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədovun yan xətt hakimləri, Mübariz Haşımovun dördüncü hakim, Orxan Məmmədov və Rəhim Həsənovun əlavə köməkçi hakim qismində kömək edəcəklərini bildirib. Azərbaycanlı hakimlər briqadası Romaya sentyabrın 28-də yola düşəcək.

    Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:05-də başlanacaq. Hakim-inspektor hollandiyalı Rene Temmink, UEFA nümayəndəsi israilli Rotem Kamer olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi