Avropa Liqasının oyunu zamanı hakimin başı yarılıb - VİDEO

Avropa Liqasının oyunu zamanı hakimin başı yarılıb - VİDEO Bakı. 10 avqust. REPORT.AZ/ Avstriyada Şturm və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.
Futbol
10 Avqust , 2018 01:20
Avropa Liqasının oyunu zamanı hakimin başı yarılıb - VİDEO

Bakı. 10 avqust. REPORT.AZ/ Avstriyada "Şturm" və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.

"Report"un məlumatına görə, 78-ci dəqiqədə tribunadan atılan şüşə qab yan xətt hakiminin başına dəyib.

Nəticədə yerə yıxılan laynsmanın başı qanayıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.

"Şturm"un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. Habelə, insidentin səbəbkarının saxlanıldığı açıqlanıb.

Hadisə zamanı AEK 2:0 hesabı ilə öndə olub. Görüş 40 dəqiqə sonra bərpa edilib və elə bu hesabla da yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi