Yuxarı

Avropa Liqasının kubokunu püşkatma mərasimi zamanı səhnəyə Vəli Qasımov gətirib

Avropa Liqasının kubokunu püşkatma mərasimi zamanı səhnəyə Vəli Qasımov gətirib
O, bütün komandaların Bakıdakı final matçına vəsiqə qazanmalarını arzulayıb

Bakı. 31 avqust. REPORT.AZ/ Fransanın Monako şəhərində Avropa Liqasının püşkatma mərasimi başlayıb. 

"Report" xəbər verir ki, turnirin kubokunu Avropa Liqasının final matçının səfiri Vəli Qasımov səhnəyə gətirib.

O bildirib ki, Azərbaycanda futbola maraq çox böyükdür. V.Qasımov bunu görmələri üçün bütün komandaların Bakıdakı final matçına vəsiqə qazanmalarını arzuladığını söyləyib. 

Daha sonra o, püşkatma səbətlərinin yanına yox, tamaşaçılar arasındakı yerinə qayıdıb. 

Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi