Bakıdakı Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi başlayacaq

Bakıdakı Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi başlayacaq Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi həyata keçiriləcək.
Futbol
15 May , 2019 19:21
Bakıdakı Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi başlayacaq

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi həyata keçiriləcək.

"Report"un məlumatına görə, üçüncü mərhələyə yaxın günlərdə start veriləcək. 

İlkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunub. 

Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq. Biletlərin satışı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi